Akamai şirkətinin 2013-cü ilin üçüncü rübünə hesabatına əsasən, orta internet sürəti 29% artaraq 3,6 Mbit/s olub. Analitiklər tərəfindən araşdırılmış 122 ölkədə artım müşahidə olunub. Bir ildə internetin sürəti yalnız 18 regionda azalıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ən yüksək orta internet sürəti Hollandiya (12,5 Mbit/s), İsveçrə (11,6 Mbit/s) və Çexiyada (11,3 Mbit/s) qeydə alınıb. Rusiya (7.8 Mbit/s) sözügedən reytinqdə Almaniya, İspaniya və Fransanı ötərək 20-ci yerdə qərarlaşıb. Bundan başqa, Rusiya Federasiyası internet sürətinin artımına görə lider olub: bir ildə 53% artım.Eyni zamanda Rusiya zərərli trafikə görə ölkələr arasında beşinci yerdə (2,6%) qərarlaşıb.2013-cü ilin üçüncü rübündə genişzolaqlı internetin (4 Mbit/s ) nüfuzetmə səviyyəsi 5,8%, yüksəksürətli genişzolaqlı internet isə (10 Mbit/s-dən yuxarı) 19% artıb. Mobil trafikə gəlincə, onun nüfuzetmə səviyyəsi ötən illə müqayisədə 80%, ötən rüblə müqayisədə 10% artıb. Ericssonun məlumatlarına əsaslanaraq Akamai şirkətinin məlumatlarına görə, üçüncü rübdə mobil operatorların orta internet sürəti 0,6-9,5 Mbit/s olub.
Mənbə: Milli.Az