Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, şirkət hökumətin iclasında "Sitroniks-Ermənistan" QSC-nin idarə etdiyi azad iqtisadi zonada iş aparmaq üçün icazə alıb.Şirkət pilotsuz təyyarələrin iki modelinin (tədris və aerofoto çəkilişlər üçün) texnologiyasını artıq mənimsəyib.İstehsal edilən məhsullar tam olaraq Şimali Amerika, Avropa İttifaqı, keçmiş SSRİ ölkələri və Yaxın Şərqə ixrac ediləcək. Yaxın 3 il ərzində ixracın həcmi 1,9 milyon dollar təşkil edəcək."Instigate Robotics", həmçinin pilotsuz təyyarələrin avtomatlaşdırılmış idarəetmə sisteminin layihələndirilməsi üçün investisiyaların cəlb edilməsi barədə danışıqlar aparır. Şirkət xarici tərəfdaşlardan 300-500 min dollar, şəxsi vəsaitlərindən isə 396 min dolları istehsalın təşkilinə cəlb etməyi planlaşdırır.
Mənbə: Milli.Az