İndiki qərarda isə banklar avtomobillərin alınmasına görə vətəndaşlara kreditlərin verilməsini dondurur. Milli Məclisin deputatı Vahid Əhmədovbildirir ki, Mərkəzi Bankı bu addımı atmağa məcbur edən maliyyə bazarında yaranan ciddi problemlərdir: “Təsəvvür edin ki, keçən il haradasa qaytarılmış kreditlərin məbləği 560 milyon manata yaxın idi. Artıq bu ilin yanvarın 1-nə milyard manata çatıb. İnsanlar krediti alırlar, amma sonradan qaytara bilmirlər. İstehlak kreditlərinin verilməsi ilə əlaqədar əsas problemlər ortaya çıxıb”. Vahid Əhmədov vətəndaşların kredit borclarını qaytara bilməməsinin səbəbini bank fazilərinin yüksək olması ilə əlaqələndirir.
Millət vəkilinin sözlərinə görə, işləyən və işlədiyi yerdən əmək haqqısı barədə banka müəyyən arayışı təqdim edən insanların kredit almasına heç bir əngəl yoxdur: "1993-cü ildə Azərbaycanda cəmi 76-80 minə yaxın maşın var idi. Azərbaycanda artıq 1 milyon 300 minə yaxın maşın var, Bəlkə də ondan artıqdır. İldə Azərbaycana təxminən 100 min maşın gətirilir. Aprelin 1-dən avro-4-ə keçmək problemi var və s. Bunu dövlət ona görə edir ki, Azərbaycanda insanların təhlükəsizliyini təmin etsin, bank sistemi normal fəaliyyət göstərsin".
Vahid Əhmədov bildirir ki, kreditlərin alınması ilə bağlı verilən qərar sığorta bazarına da təsirsiz ötüşməyəcək.
Mənbə: Milli.Az