Rusiyanın Saxa-Yakutiya Respublikasında yerləşən Yakutsk şəhəri dünyanın ən soyuq məkanlarından biri sayılır. İndi orada havanın temperaturu -50 dərəcəyə çatıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rusiyanın paytaxtı Moskvadan 6 saat zolağı kənarda, Şimal Qütb Dairəsindən cəmi 320 km aralıda yerləşən bu şəhərdə qış aylarında havanın orta temperaturu -40 dərəcədir.Şəhərdə qeydə alınmış rekord şaxta isə ötən ilin fevralında qeydə alınıb. Həmin vaxt soyuq -64,4 dərəcəyə çatmışdı.
Mənbə: Milli.Az