Qadin.NET / Qırmızı qadınların sirri açıldı

Qırmızı qadınların sirri açıldı

 

Dünyadakı ən qəribə, sirli qəbilələrdən biri də himbalardır. Bu qəbilədən olan qadınlar çılpaq gəzir, bədənlərini qırmızı rənglə boyayırlar.Milli.Az AHT-yə istinadən bildirir ki, Namibiyanın şimalındakı Kunene bölgəsində yaşayan, 20-50 min mənsubu olduğu deyilən etnik qrupdan olan xanımlar dünyada "qırmızı qadınlar" kimi tanınırdılar.Vellinqton Universitetinin araşdırma qrupu qəbilənin yaşadığı kəndlərdə tədqiqat apararaq "qırmızı qadınlar"ın sirrini açıb.
Sən demə, bu qadınlar bədənlərinə qırmızı boyanı milçəklərdən qorunmaq və eyni zamanda gözəl görünmək üçün çəkirlər.Kişilərin ovçuluq və maldarlıqla məşğul olduğu qəbilədə səhər erkən saatlarında yuxudan oyanan qadınlar dərhal "makiyaj"a başlayırlar.Onlar otlar, keçi piyi və qırmızı boyalı gildən hazırlanmış xüsusi qarışığı bədənlərinə, saçlarına sürtürlər.
Mənbə: Milli.Az
30 yanvar 2014
GO BACK