Qazaxıstanın Akmola vilayətindəki Kalaçi kəndində qəribə hadisə yaşanır.Milli.Az KTK-ya istinadən bildirir ki, kənd sakinləri "yuxu epidemiyası"na tutulublar. Bir-birləri ilə təmasda olmayan bir neçə kalaçili bu sirli xəstəliyə yoluxub.Həkimlərin dediklərinə görə, onlar zəiflik, bihallıq, ürəkgetmə, yaddaşın qismən itməsi, qarabasmalar, ən başlıcası isə sürəkli yatmaq istəyindən şikayətlənirlər.
Kalaçi kəndinin sakinləri ayıla bilməyən və daim yatmaq istəyən şəxslərin vilayət mərkəzi Kokçetauda yerləşən xəstəxanaya müalicəyə göndərilməsini, kəndə təcili olaraq mütəxəssislərin göndərilməsini tələb edirlər.Kənd sakini Nadejda Yakomiva deyir: "Camaat yatır. Bəzən kütləvi şəkildə... Məktəbdə 9-cu sinif şagirdi huşunu itirərək yıxılıb, sonra onda qarabasmalar başalyıb. Sanki insult idi, amma bu, insult deyildi. Böyüklərdən 8 nəfər, uşaqlardan isə iki nəfər qarabasma vəziyyətində
reanimasiyadadır".
Tengrinews bildirir ki, Kalaçidə "yuxu xəstəliyi" ilk dəfə 2013-cü ilin aprelində qeydə alınıb. Onda 14-70 yaşlı 10 nəfər həkimə müraciət etmişdi. Dekabrda isə daha 12 nəfər həkimlərdən yardım istəyib.
Həkimlərin ilkin rəyinə görə, sirli yuxu xəstəliyinin səbəbi beyni zədələmiş ensefalitdir. Ensefalit isə kəndin yaxınlığında olan və 30 il əvvəl istismarı dayandırılan uran mədənləri ilə bağlı ola bilər.
Mənbə: Milli.Az