Qadin.NET / Məşhur futbolçu karyerasına son qoyur: O, son oyununa çıxacaq

Məşhur futbolçu karyerasına son qoyur: O, son oyununa çıxacaq

 

"Vasko de Qama" klubunun braziliyalı oyunçusu Juninyo Pernambukanofutbolçu karyerasını başa vuracaq. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Roberto Dinamite açıqlamasında deyib: "Onunla danışdıq və Juninyo futbolçu karyerasını başa vurmaq istədiyini bildirdi. Birinci gün o, son oyununa çıxacaq".
Qeyd edək ki, əsasən vurduğu cərimə zərbələri ilə yadda qalan 39 yaşlı J.Pernambukano karyerası ərzində "Sport Resifi", "Lion", "Nyu-York Red Bulls" kimi klublarda forma geyinib. O, Braziliya millisində 40 matçda iştirak edib və 6 qol vurub.
Mənbə: Milli.Az
30 yanvar 2014
GO BACK