Qadin.NET / Deputat dərmanların dili ilə bağlı açıqlama verdi

Deputat dərmanların dili ilə bağlı açıqlama verdi

 

Bu səbəbdən resept əsasında alınmış dərmanın içliyi ilə tanış olmaq istərkən çətinlik çəkdiyimiz olur.Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa QuliyevModern.az-a açıqlamasında məsələnin o qədər də qorxulu olmadığını bildirib.“Ümumiyyətlə, qanunda var ki, Azərbaycanda istehsal edilən və xaricdən gətirilən, istehlak olunan bütün dərmanların içlikləri Azərbaycanca olmalıdır. Bunun üçün Səhiyyə Nazirliyinin müvafiq əmri, Nazirlər Kabinetinin qərarı var. Amma bu uzun bir proses olduğundan birdən-birə, qısa müddətdə bunu həyata keçirmək mümkün deyil. Proses bu gün də davam edir. Demək olar ki, dövriyyədə olan dərmanların ən azı 80%-i dilimizə tərcümə edilmiş içliklə satılır”.Millət vəkili bildirir ki, istehsala yararlılıq müddəti hələ də bitməyən dərmanların içliyinin xarici dildə olması mümkündür. “Düşünürəm ki, tədricən Azərbaycanda dövriyyədə olan dərmanların hamısı öz dilimizdə olan içliklə olacaq. Ola bilsin ki, qeydiyyatdan keçməyən bəzi dərmanların qrupunun içliyi xarici dildədir. Bu məhdud əhatəli preparatlardır ki, xüsusi məqsədlər üçün gətirilir. Həmin dərmanlar fövqəladə vəziyyətlər üçün nəzərdə tutulub”.

Mənbə: Milli.Az

 

30 yanvar 2014
GO BACK