Qadin.NET / Moskva son illərin ən soyuq qışını yaşayır

Moskva son illərin ən soyuq qışını yaşayır

 

Moskva regionunda qışın temperatur rekordu qeydə alınıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ötən gecə saat 01:00 radələrində şəhərdə -32 dərəcə şaxta qeydə alınıb. Ən soyuq hava isə Çerusti qəsəbəsində olub. Ancaq sinoptiklər bu günlərdə havanın isinəcəyini vəd edirlər. Bu gündən etibarən havanın hərarəti hər gün 1-2 dərəcə artacaq. 

Mənbə: Milli.Az

 

30 yanvar 2014
GO BACK