Qadin.NET / "Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?

"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?

 

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harada çalışırlar, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 
Budəfəki təqdimatımız Azərbaycanın sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun qızı Samirə Mərdanova haqqındadır.
Qeyd edək ki, Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Nazir postundan azad edilən fizika-riyaziyyat elmləri doktoru M.Mərdanov 2013-cü ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə gətirilib.
Eks-nazirin 1 oğlu, 2 qızı var.
Misir Mərdanovun qızlarından biri - Samirə Mərdanova hazırda Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır, filologiya elmləri namizədidir.
Samirə Mərdanova 1979-cu il yanvarın 15-də Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 144 saylı orta məktəbdə təhsil alıb.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr pilləsini bitirmiş Samirə xanım 1999-2001-ci illərdə elə bu elm ocağında Azərbaycan dilçiliyi kafedrasının magistrantı olub.
S.Mərdanova elmi-pedaqoji fəaliyyətinə 2001-ci ildə BDU-nun Azərbaycan dili və metodika kafedrasında başlayıb. 2006-cı ildə "XX əsr Azərbaycan poeziyasında lirik ricətlər sistemi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.12 elmi məqalə, 1 monoqrafiya müəllifi olan Samirə Mərdanova həm də “Azərbaycan dilçiliyində qrammatika problemləri” adlı dərslik yazıb. O, Azərbaycan ədəbiyyatşünaslığı, lirik ricət problemi sahəsi üzrə elmi tədqiqat aparıb.Samirə Mərdanova ailəlidir, iki övladı var. 
Mənbə: Milli.Az

 

30 yanvar 2014
GO BACK