Qadin.NET / Bakıda sənədsiz yaşayış binaları

Bakıda sənədsiz yaşayış binaları

 

Paytaxtda bəzi hündürmərtəbəli binalarla yanaşı, bir sıra köhnə binaların da sənədləri qaydasında deyilmiş. Əsasən sovet dövründə tikilmiş yaşayış binalarının layihə sənədi yoxdur. Fövqəladə hallar nazirliyinin araşdırmaları bu faktı gündəmə gətirib. Məsələ nazirliyinin dünən keçirilən "dəyirmi masa"sında müzakirə edilib. Layihə sənədinin əhəmiyyəti böyükdür. Bu sənəddə binanın quruluşu və texniki göstəriciləri ilə bağlı bütün məlumatlar öz əksini tapıb.Sənədin yoxluğu sonradan xeyli çətinlik yarada bilər... Xüsusilə fövqəladə hallar zamanı..Daha bir versiyaya görə isə sənədlərin qəsdən itirilməsi mülki müdafiə məqsədi təyinatı daşıyan zirzəmilərin və digər sahələrin sonradan obyekt yaxud da digər formada istifadəsi məqsədi də daşıya bilər. Bunu da Əmlak Bazarı İştirakçıları ictimai birliyinin eksperti Pərviz Rəhimoğlu irəli sürür.Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov isə sənədlərin itməsi ilə bağlı məlumatları doğru saymır.

Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK