Qadin.NET / Azərbaycanda idman federasiyasının prezidenti istefa verdi

Azərbaycanda idman federasiyasının prezidenti istefa verdi

 

Azərbaycanda idman federasiyasının prezidenti istefa verdi
Azərbaycan Sayokan İdman Federasiyasının prezidenti Vasif Namazovdan sonra Federasiyanın İdarə Heyətinin üzvü Həbib Ələkbərsoy da vəzifəsindən istefa verib. Bu barədə Modern.az-a Həbib Ələkbərsoy özü məlumat verib. O, Azərbaycan Sayokan Federasiyasının İdarə Heyətinə göndərdiyi müraciətdə İdarə Heyətinin üzvlüyündən imtina etdiyini bildirib.

Qeyd edək ki, bir necə gün əvvəl Sayokan Türk döyüş sənətinin Azərbaycanda yaradıcısı, Azərbaycan Sayokan Federasiyasının prezidenti və Sayokan Dünya Federasiyasının Azərbaycan təmsilçisi Vasif Namazov hər iki vəzifəsindən istefa verib. Bunun ardınca isə, Azərbaycanın ilk sayokançılarından olan və ictimaiyyətdə tanınmış sima olan Həbib Ələkbərsoyun istefası Sayokana dəymiş növbəti ağır zərbə hesab olunur və ümumiyyətlə bundan sonra Sayokandan istefaların və qopmaların geniş vüsət alacağı gözlənilir. Əldə etdiyimiz xəbərdə bildirilir ki, Həbib Ələkbərsoy Sayokana ünvanladığı müraciətdə istefasına səbəb kimi olduqca ciddi arqumentlər gətirib. Lakin bu barədə suala cavab vermək istəmədiyini bildirib. O, sayokançılara və xüsusən Vasif Namazova olan sayğısına görə istefasına səbəb olan məsələləri ictimailəşdirmək istəmədiyini bildirib.
Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK