Qadin.NET / Azərbaycanda özəl bağçalar ucuzlaşır?

Azərbaycanda özəl bağçalar ucuzlaşır?

 

Valideynlərin özəl bağçaların aylıq qiymətləri ilə bağlı narazılığı bir müddət əvvəl Milli Məclisdə də gündəliyə gəlmişdi.Özəl bağçalarda qiymətləri tənzimləmək və bu sektorda rəqabəti artıqmaq məqsədi ilə ötən ilin sonu yeni qanun qəbul olundu. Qanuna əsasən, Azərbaycanda körpələr evləri, uşaq bağçaları və uşaq evləri 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olundular.Qanun artıq yanvarın birindən qüvvədədir. Yəni, bu ildən özəl bağçalar vergi verməyəcək. Vergilərdən azad olunma xərclərin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində həmin bağçalarda aylıq xidmət haqqının aşağı düşməsi ilə nəticələnməlidir.Bəs vergidən azadolma ilə bağçalar qiymətlərdə nə qədər endirim edə bilər?Hazırda Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən 46 özəl məktəbəqədər təhsil müəssisəsi var. Bu müəssisələrin əksəriyyətində aylıq ödənişi 300-600 manat arasındadır. Təbii ki, bundan daha da yuxarı qiymətə, məsələn, aylıq ödənişi 1200 manat olan özəl bağça fəaliyyət göstərir.Vergidən azad olunan özəl bağçaların artıq bəziləri qiymətləri aşağı salmağı planlaşdırır.Bəzi sahibkarlar isə vergidən azad olunan məbləği bağçanın maddi texniki bazasının möhkəmləndirilməsinə və ya orada işləyən işçilərin əməkhaqqılarının artırılmasına sərf etməyi planlaşdırırlar.

Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK