Qadin.NET / PSJ Fransa yığmasının ulduzunu aldı

PSJ Fransa yığmasının ulduzunu aldı

 

İngiltərə “Nyukasl”ının futbolçusu Yohan Kabaye karyerasını PSJ-də davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Belə ki, Fransa təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə bağlayacaq. Yeni komandasında 2017-ci ilin iyununa qədər çıxış edəcək Kabaye 4 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2011-ci ildə ölkəsinin “Lill” klubundan “Nyukasl”a keçib.
Mənbə: Milli.Az

 

30 yanvar 2014
GO BACK