İngiltərədə yaşayan əkiz qardaşlar Aleksandr və Kris Van Tullekenşəkərinmi, yoxsa yağın daha zərərli olduğunu öyrənməyə çalışıblar. BBC televiziyası üçün hazırlanan sənədli filmdə əkizlərdən birinin şəkəri, digəri isə yağı tamamən rasiondan çıxardığı bildirilib. Bir aylıq pəhrizdən sonra qardaşların hər ikisi arıqlayıb.
Milli.Az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, şəkər yeməyən qardaş davamlı yorğun olduğunu və halsızlıq hiss etdiyini deyib. Yağı həyatından çıxaran qardaş isə bir ay ərzində heç vaxt doymadığını, yeməklərdən zövq almadığını vurğulayıb. Lakin əldə olunan nəticələrə baxmayaraq mütəxəssislər yenə də yağ və şəkərin insan üçün zərərli olduğunu deyirlər.
Mənbə: Milli.Az