Qadin.NET / Ağ Ev Türkiyəni əmin elədi

Ağ Ev Türkiyəni əmin elədi

 

ABŞ bundan sonra da Türkiyəni dəstəkləyəcək. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods deyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Haber7" telekanalı xəbər yayıb.Onun sözlərinə görə, Ankara və Vaşinqton müttəfiqdirlər və onları bir çox sahələrdə sıx əməkdaşlıq birləşdirir.Guya, ABŞ prezidenti Barak Obamanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon zənglərinə cavab vermədiyi barədə KİV-də yayılan xəbərləri şərh edən Rods Obama və Ərdoğanın fəal telefon söhbətləri apardıqlarını deyib: "Türkiyə demokratik ölkədir və NATO-nun üzvüdür. Vaşinqton Türkiyənin daxili işlərinə müdaxilə etmir və bundan sonra da müdaxilə etmək fikrində deyil".Bundan əvvəl ABŞ Dövlət Departamenti Vaşinqtonun Türkiyənin işlərinə müdaxilə etmədiyini bəyan etmişdi. Belə bəyanat ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardonenin bu ölkədə korrupsiya qalmaqalının başlamasından sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu ilə görüşündən sonra verilmişdi.

Mənbə: Milli.Az

 

30 yanvar 2014
GO BACK