Bakıda 95 və 10 nömrəli avtobuslarda gediş kartlarının istifadəsinə başlansa da, dayanacaqlardakı müşahidələr zamanı hansısa sərnişinin kartdan istifadə etdiyini görmək olmur. Sorğu göstərir ki, vətəndaşların çoxu gediş kartını haradan alacağını belə bilmir.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, doğrudan da avtobusların gediş kartlarının satıldığı qəzet köşklərinə nəzər salanda kartla bağlı hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Bəzi köşklərdə isə kart yoxdur.Dayanacaqdan uzaqda yerləşən köşklərin isə kartların satışında tələbatla problemləri var.Nəqliyyat Nazirliyi isə ilin ortalarına qədər gediş haqqının ödənilməsində yeni xidməti artıq Bakının 1500-ə qədər avtobusunda tətbiq etmək niyyətindədir.
Mənbə: Milli.Az