Mehrac Mahmudovun 81-ci səyahətindən qeydləri
Beliz
Cənnət adaları ölkəsi
Ümumiyyətlə, mənim üçün Amerikanın bu hissəsi bir sirr idi. Sirrin açmasını mən hər bir yeni ölkədə axtarırdım.
Ölkənin əhalisi qarışıq mənşəlidir. Ətrafda yaşayan qaradərililər özlərini keçmiş qulların sələfləri saymır. Onlar özlərini “qarifuna” adlandırır və ingilis dilində sərbəst danışır. Belizin mədəniyyətinin kökü qədim mayya sivilizasiyasına söykənir.
Beliz Böyük Britaniyanın müstəmləkəsi olub. Yerli sakinlərin sözlərinə görə, məhz burdan ingilis və şotland dəniz quldurları qızıl daşıyan ispan gəmilərinə hücum edirmiş.
Mənə elə gəldi ki, ölkədə turistlərin sayı çox deyil. Bu da təəccüb doğurmur. Beliz Mərkəzi Amerikanın ən bahalı ölkələrindən biri sayılır. Açığını desəm, Belizdən hansısa xüsusi təəssüratım olmadı. Mehmanxanalarda xidmət və qidalanmaya gəlincə, onların keyfiyyəti daha yaxşı ola bilərdi. Bu baxımdan təəccüb doğuran, Belizdə pulsuz taksilərin olmasıdır. Dördtəkərli motobaykların sürücüləri günün istənilən saatında Sizi ürəyiniz istəyən yerə apara bilər. Belizin digər şəhərlərində vəziyyət eynidir – tarixi abidə, demək olar, yoxdur. Bir sözlə, ölkə turistlər üçün maraqsızdır. Baxmarayaraq ki, burada ziyarət etdiyim yaquar qoruğu, dünyada yaquarların təbii şəraitdə yaşadığı yeganə qoruqdur.
Yalnız adalarda dayvinq və balıq ovu ilə məşğul olmaq mümkündür. Axşam yaxınlaşdıqca adaların sahilində gəzmək və təmtəraqlı görünüşü olan pelikanlara baxmaq adama ləzzət edir. Adaların birində mənə onların vizit kartının amerikalı müğənni Madonna olduğunu dedilər. Məlum oldu ki, müğənninin məşhur La Isla Bonita mahnısı məhz bu adaya həsr edilib. Bu adanı da Belizin ən böyük görməli yeri saymaq olar.
Qvatemala
Qvatemala
Mayyaların hökmranlıq etdiyi ölkə
Açıq yaşıl həyat
Açıq yaşıl həyat
Qvatemala ilk olaraq yaddaşımda parıldayan dağ zirvələri ölkəsi kimi qalıb. İnsanı xüsusən valeh edən fəaliyyətdə olan vulkanların, meşələrin və əsrarəngiz gözəlliyə malik göllərin bir-biri ilə uyuşmasıdır.
Ən sevimli yerim müstəmləkə dövrünün paytaxtı Antiqua şəhəri oldu. Burada vaxtı ilə hinduların ən inkişaf etmiş tayfası sayılan mayyaların koloriti turistlər üçün yaradılmış şəraitlə qarışıb. Antiquada mən anladım ki, mayya bu ölkənin ruhudur. Reklamlar, yol işarələri, birmərtəbəli evlər -hamısından sanki tarix yağır. Burada vaxt elə bil donub.
Amma ölkənin paytaxtı, eyniadlı Qvatemala şəhərinə düşəndə ölkənin ürəyinin məhz burada döyündüyünü anlayırsan. Bura açıq yaşıl rəngin məskənidir. Nə qədər qəribə olsa da, avtobuslar, köşklər, səki kənarları, yanğınsöndürən maşınlar, məlumat lövhələri və daha nələr açıq yaşıl rəngə bürünüb. Təəcüblüdür ki, burada hətta polislərin geyimi və maşınları açıq yaşıl rəngdədir. Amma belə müsbət rəng cinayətkarların fəallığına təsir göstərmir. Məni hətta qorxudurdular ki, hər gün bu küçələrdə bir neçə adam öldürülür.
Qvatemalalıların özləri isə ölkələrini “Səhər sakitliyi” şəhəri adlandırır. Mənə elə gəldi ki, Qvatemala qonşu ölkələrin paytaxtlarından daha varlıdır, burada müasir binalar, mehmanxanalar və otellər var. Amma ölkənin Sakit okean sahillərində yerləşən kurortlarına gələn kimi anlayırsan ki, turist həyatı burada qaynayır. Burada səma, dağ, dəniz, dalğa və qum insanı valeh edir. Turistlər üçün cənnət məhz belə yer sayılır.
Honduras
Honduras
Mərkəzi Amerikanın gümüş təpəsi
Balıq yağışı
Balıq yağışı
Honduras haqqında çox əhvalatlar oxuyub eşitmişdim. Ölkə məni ilk olaraq dağlarla qarşıladı. Dağlıq ərazi bitmək bilmirdi, buna görə də təyyarəni endirmək çətin idi.
Burada tanış olduğum turistlər dərhal mənə xəbərdarlıq etməyi özlərinə borc bildilər – yerli sakinlərlə diqqətli olmaq lazımdır.
Burada tanış olduğum turistlər dərhal mənə xəbərdarlıq etməyi özlərinə borc bildilər – yerli sakinlərlə diqqətli olmaq lazımdır.
Ölkə ilə ümumi tanışlığa hindu dilində “Gümüş təpə” anlamını verən Tequsiqalpadan başlamaq lazımdır. Bu, nəinki ölkənin paytaxtı, həm də bütün əyləncə mərkəzlərinin birləşdiyi şəhərdir. Sakinlər şəhəri Tequs adlandırır və əsl şənlik ustası olmaları ilə fəxr edir. Mən də bunun şahidi oldum. Hər gün axşam sakinlər və turistlər gecə klublarına və barlara gedib orada əylənir, içir, bütün gecəni rəqs edirlər.
Amma ölkədə məni ən çox maraqlandıran Kopan şəhərinin möhtəşəm qalıqları oldu. Şəhərin tarixi bir neçə minilliyi əhatə edir və sanki bir çox sirri gizlədir. Kopanın xeyli maraqlı və gözəl yerləri var.

Çox təəssüf ki, “Balıq Yağışı Festivalını” görə bilmədim. Bu, heyvanların göydən yağış kimi yağmasından danışan əfsanədir. Deyirlər, hər il may-iyul aylarında göydə qara buludlar yığılır, göy guruldayır, ildırım çaxır, güclü külək hər şeyi dağıdır, yağış yağır. Bu “fəlakətdən” sonra yerdə yüzlərlə diri balıq qalır. Sakinlər də onları toplayaraq bayram yeməkləri bişirir. Bunu öz gözümlə görmək həqiqətən çox maraqlı olardı.
Nikaraqua
Nikaraqua
Qara dağ
Köpək balığı gölü
Köpək balığı gölü
Nikaraqua Qərb yarımkürəsinin ən yoxsul ölkələrindən biridir. Yerli hinduların dilindən tərcümə edəndə Nikaraqua “Qara dağ” deməkdir. Ölkə öz vulkanları ilə məşhurdur. Yerlilərin mənə dediklərinə görə, burada hər 5 ildən bir güclü vulkan püskürmələri olur. Qədim inanca əsasən, vulkana gözəl qız atılarsa, püskürmə dayanar. İndi Nikaraquada qızları kraterlərə atmırlar. Əksinə, yerli gənclər və turistlər vulkanın “belinə” çıxır. Bu mənzərə məni şoka saldı – onlarla insan soyumuş lava üzərində xizəklə aşağıya doğru sürüşür. Mən də onlar kimi etmək istədim, amma vulkanın zirvəsinə çatanda ayaqlarımın altında sanki planetin nəbzini hiss etdim. Çox qəribə təəssürat yaranır – torpaq istidir, ayaqlarını əməlli başlı yandıra bilərsən. Əgər siz də Nikaraquada olsanız və vulkana çıxmaq kimi təhküləli bir qərar versəniz, qalın altlığı olan ayaqqabı geyməyi unutmayın. Mənim ayaqqabılarım üçün bu, son sınaq oldu. Amma dəyərdi. Vulkanın üstündən gözəl mənzərə açılır. Bu mənzərə, eləcə də, vulkanın hündürlüyü məni xizəklə aşağı sürüşmək fikrindən daşındırdı.
Bələdçilərin məsləhəti ilə vulkandan dərhal sonra Nikaraquanın keçmiş paytaxtı Qranadaya yollandım. Şəhər məni öz gözəlliyi ilə valeh etdi. Qranadadan Nikaraquaya – Latın Amerikasının ən böyük gölünün sahillərinə getdim. Suyu dupduru olan bu göldə çimmək istəyirdim. Amma, yaxşı ki, mənə Nikaraquanın dünyada köpək balıqlarının və qılınc balığın yaşadığı yeganə şirin sulu göl olduğunu vaxtında dedilər.

Salvador
Amerikanın Cırtdanı
Bir çox səyyah, niyəsə, bu ölkədən yan keçir. Bəziləri onu zarafatla “Amerikanın Cırtdanı” adlandırır. Salvadorun başqa ləqəbi də var – “Vulkanlar ölkəsi”. Hindular isə ispanlar bura gələnə qədər ölkələrini Kuskatlan, yəni “Qiymətli daşlar məmləkəti” adlandırırmış. Mən isə Salvador barədə çox az müsbət məlumat eşitmişdim. Bildiyimə görə, ölkədə cinayətkarlığın səviyyəsi çox yüksəkdir və bölgənin ən təhlükəli dövlətidir.
Amma Salvador mənim xoşuma gəldi, ab-hava sakit, adamlar isə çox mehriban idi. Yerli sakinlər istiyə baxmayaraq ancaq şalvar və bağlı ayaqqabı geyinir. Milli mətbəxdə çox maraqlı təamlar var. Məsələn, pupusa-lobya və pendirli qarğıdalı çörəyi çox xoşuma gəldi. Ölkədə kifayət qədər baxmalı yer var. Tanışlığa, fikrimcə, ölkənin ən məşhur yerləri, Salvador-del-Mundo meydanı, Şəhər kilsəsi, saray və Milli Teatrdan başlamaq lazımdır. Şoppinq həvəskarları üçün burada çox sayda butik və ticarət mərkəzləri var. Qiymətlərə gəlincə, onlar elə də yüksək deyildi.
Kiçikliyinə rəğmən ölkə xoş təsir bağışlayır. Vulkanların və çimərliklərin sayı-hesabı yoxdur. Salvadorda hətta mayya hindularının vulkanın külünün altında qalmış qədim kəndi – Xoya de Seren də durur.
Vulkanlar burda dəbdədir. Təəccüblü deyil ki, ölkədə bu “divlərin” izlənilməsi üçün xüsusi park da yaradılıb.
Kosta-RikaVarlı sahil
Ən zəhərli məxluqlar
Ən zəhərli məxluqlar
Xristofor Kolumbun komandası sahilə yan alıb, orada üzərilərində çoxlu qızıl-bəzək əşyası olan hinduları görüncə, bu ölkəni Kosta-Rika, tərcümədə “Varlı sahil” adlandırdı. Bir neçə il sonra ispanlar səhvini anladı – burada nə qızıl, nə də qiymətli daş ehtiyatı var idi.
Kosta-Rika ilə tanışlıq zamanı mənə ölkənin bu gün də kənd təsərrüfatı məhsullarının, xüsusilə qəhvə və ananasın yetişdirilməsi hesabına yaşadığını dedilər. Daha bir böyük gəlir mənbəyi turizmdir. Mən vulkanlarla tanış oldum, qədim sualtı mağaranı gəzdim, Cənubi Amerikanın ən gözəl şəlaləsi – Nauyakanı gördüm.
Kosta-Rika, yəqin ki, bölgənin ən orijinal ölkəsidir. Məni bəzi sözlərin mənası təəccübləndirdi. Məsələn, ispan dilinə “piyada” kimi tərcümə edilən söz burada “hədəf” mənasını verir. Yəqin bunun səbəbi ölkədə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə icazə verilməsidir. Bunu öyrənincə daha diqqətli olmağı qərara aldım.
Kosta-Rikada hindu rezervasiyaları mövcuddur. Və mən onlardan birində - “La Amistad” parkında yerləşən rezervasiyada oldum. Buranın sakinləri ispan, ingilis və hindu dillərinin əcaib qarışığında danışır, reggi dinləyir, düyü və kakao yetişdirirlər.
Kosta-Rikada gözəl, balaca, parlaq qırmızı rəngli qurbağaların olduğunu eşitmişdim. Onlar o dərəcədə zəhərlidir ki, vaxtı ilə sakinlər oxlarının başlıqlarını bu qurbağalara sürtürdülər ki, vurulan hədəf bir neçə dəqiqənin içində can versin. Amma xoşbəxtlikdən bu zəhərli qurbağalar mənim rastıma çıxmadı.
SinqapurGələcəyin şəhəri
Sinqapur müasir memarlıq möcüzəsidir. İlk dəfə bu şəhər-dövlətdə olanda mənə elə gəldi ki, fantastik filmin iştirakçısına çevrilmişəm. Hər yan insanı öz miqyası və dizaynı ilə valeh edir. Şəhərin mərkəzində lotos gülü formasında tikilmiş sərgi mərkəzi durur. Mənə görə bu tikili daha çox üç sütun üzərinə qoyulmuş sualtı qayığa bənzəyirdi. Memarlıq göydələnlərin müxtəlifliyi və fantastik görünüşü ilə seçilir.
Adətən turistlər şəhərin mərkəzində yerləşən mehmanxanalarda qalır və Sinqapurun mərkəzi – ürəyi ilə tanış olurlar. Mən isə Sinqapura daxildən, yerli sakinin gözləri ilə nəzər salmaq istədim. İlk növbədə, insanların çox yaşadığı, belə demək mümkünsə, yataq rayonlarını axtarmağa başladım. Beş milyonluq meqapolisin belə rayonlarında təmizlik və qayda-qanun hökm sürür. Küçədə yol qırağında saxlanmış avtomobilə belə rast gəlmək mümkün deyil. Bunun səbəbini mənə belə izah etdilər: Sinqapurda avtomobili küçədə saxlamaq qadağandır, buna görə böyük həcmdə cərimələr nəzərdə tutulub. Sakinlər öz avtomobillərini rayonların sərhəddində yerləşən dayanacaqlarda saxlayır. Həm də onların əksəriyyəti avtomobillərdən düşüb motosikletlərə miniblər.

Ölkə əhalisinin böyük hissəsi müsəlmandır. Şəhərdə öz ənənələrinə riayət edən, amma ümumi mədəni ab-havaya uyğunlaşan çox sayda çinli və hindistanlı yaşayır. Doğrudur, Sinqapurda yaşamaq hüququ əldə etmək çox çətindir. Bəlkə də elə buna görə ölkədə cinayətkarlığın səviyyəsi çox aşağıdır.
Şəhər-dövlətin ümumi uzunluğu 70 kilometrdir. Kiçik ərazi, əhalinin çoxluğu və iqtisadi tərəqqi Sinqapurda torpaq sahələrini fantastik dərəcədə bahalı edir.
Şəhərdə təbii parklar və meşə massivləri yoxdur. Özlərinin parklara olan tələbatlarını sinqapurlular botanika mərkəzləri vasitəsilə ödəməli olurlar. Mən onlardan bir neçəsində, o cümlədən, Milli Səhləb Bağında oldum. Sinqapur səhləb güllərinin (lat. Orchidaceae, orxideya) vətəni sayılır, bu bağda mən onların ən müxtəlif növləri ilə tanış oldum.

Yerli sakinlərin məsləhəti ilə “Mak-Ritçi” parkına da baş çəkdim. Parkın ən böyük özəlliyi 25 metr hündürlükdən asılmış 250 metr uzunluqda körpüdür. Mən bu körpünün üstündən çəngəlliklərin sakinlərini müşahidə etdim, 200 illik kauçuk ağaclarını gördüm və əlbəttə ki, kiçik ölkənin az bir zaman kəsiyində etdiyi iqtisadi sıçrayışa heyran oldum.
Bir sözlə, Sinqapurda özünü sülh və sabitliyin hakim olduğu gələcəkdəki kimi hiss edirsən. Bütün bunun üzərində isə bədəni balıq başı isə şir olan qəribə bir heyvanın - “Merlionun” abidəsi yüksəlir. Sinqapur elə bir şəhərdir ki, bura qayıtmağa dəyər.
BanqladeşRəsmiyyət xatirinə
Təcrübəsiz turistə dünyanın ən çox əhalisiolan ölkələrindənbirisayılanBanqladeşə getməyitövsiyə etməzdim. Bəzisəyyahlarmənə danışırdı ki, onlarBanqladeşə rəsmiyyətxatirinə, sonradan“bu ölkədə də oldum”demək üçüngediblər.
Ölkə mənə elə də parlaq təəssürat bağışlamadı. Paytaxtda dağılmış yerlər çoxdur. Yetərincə tarixi abidə var, amma onların əksəriyyəti təbii fəlakətlərdən çox ziyan çəkib. Baxmağa nəsə tapmaq çətindir. Bəlkə də Banqladeşdə turizmin zəif inkişaf etməsinin səbəbi elə budur.
Burada əsas nəqliyyat vasitəsi qayıqlardır. Çox ləng hərəkət etməsinə baxmayaraq turistlərin, o cümlədən, mənim xoşuma gəldi. Ölkənin paytaxtındakı köhnə şəhərdə məşhur Hüseyn Dəllan məscidini ziyarət edə bildim. Şəhərin bu hissəsində əsl şərq bazarlarında oldum, müxtəlif rənglərə boyanmış, üzərində şəkillər olan, çox şıq bəzədilmiş üçtəkərli velosipedlərlə – rikşalarla gəzdim. Yollara gəlincə, bu sahədə vəziyyət heç yaxşı deyil: paytaxt tıxacların içində boğulur, işıqforlara fikir verən yoxdur, yol hərəkəti qaydalarının ümumiyyətlə olmadığı kimi bir təsəvvür yaranır.

Yerli mətbəx, yumşaq desək, fərqlidir. Heç olmasa bir dəfə benqal mətbəxini dadanlar nə demək istədiyimi başa düşür: düyü, ət, dəniz məhsullarından ibarət bütün yeməklərə bol-bol ədviyyat qatılır.
Banqladeşdə olduğum son günlərdə mən bu ölkədə bir neçə il əvvəl tikilmiş Tac-Mahala getmək qərarına gəldim. Məşhur məscid-məqbərənin surətinin tikilməsi ideyası kino prodüsseri və milyonçu Asanulla Moniyə məxsusdur. Bütün xərcləri də, təbii ki, o özü ödəyib. Yerli sakinlər hesab edir ki, Asanulla Moni bu addımı öz dövləti üçün atıb – məqsəd turistləri cəlb etmək və kasıb əhaliyə ölkədən çıxmadan Tac-Mahal kimi möhtəşəm abidəni görmək imkanı vermək olub. Burada demək lazımdır ki, Tac-Mahal həmişə və hər yerdə elə Tac-Mahaldır, onu görən heç vaxt bu abidəni unuda bilməz.
Şəri turizm
Malayziyaya gələn kimi onun hansı səbəbdən müasir Asiya adlandırıldığını başa düşürsən. Burada islam ənənənləri, şəriət məhkəmələri, kral ailəsi və nəhəng əyləncə şəhəri bir-birinə qarışıb. Görməli yerlər azdır. Bu, ilk növbədə, dünyada analoqu olmayan Petronas qüllələri, Menar qülləsi, Batu mağarası, Quş parkı, muzeylər, zooparklar, kral sarayı, çin məbədidir. Bu müxtəlif məkanlardan mən ilk növbədə Quş parkına getməyi üstün tutdum. Burada quşlar insanlardan heç qorxmur, sizin yanınızda gəzirlər, əldən yemək götürürlər. Parkda mən ömrümdə görmədiyim hadisənin şahidi oldum: mənim gözlərim önündə cücələr yumurtadan çıxdı. Əgər Malayziyaya ailəvi getmisinizsə, hökmən bu parka yollanın. O sizin uşaqlarınızın çox xoşuna gələcək. Ölkəyə yanvarın son günlərində getmisinizsə, siz hindlilərin müharibə ilahəsinin şərəfinə keçirilən Taypusam bayramının şahidi olacaqsız. Mən özüm Asiyanın ən parlaq bayram şənliklərindən sayılan bu mərasimi təəssüf ki, görə bilmədim. Amma deyirlər ki, mərasim qəddarlıq səhnələri ilə zəngindir. Odur ki, hər işdə bir xeyir var.
Malayziya şəriət qanunları ilə yaşasa da dünyəvi dövlətdir. Ölkə kralının rəhbərlik etdiyi şəriət məhkəməsi ən son instansiyadır. Qanunlar çox sərtdir – heç kimə güzəşt edilmir. Ölkədə işsizlik demək olar ki, yoxdur. Adamlar çox mehribandır, gözlərindən mehribanlıq yağır.
MyanmaMalayziya şəriət qanunları ilə yaşasa da dünyəvi dövlətdir. Ölkə kralının rəhbərlik etdiyi şəriət məhkəməsi ən son instansiyadır. Qanunlar çox sərtdir – heç kimə güzəşt edilmir. Ölkədə işsizlik demək olar ki, yoxdur. Adamlar çox mehribandır, gözlərindən mehribanlıq yağır.
Qızıl məbədlər ölkəsi
Yarımölkə
Yarımölkə
Myanma adı dünyada çoxlarına heç nə demir. Bu ölkə köhnə adı ilə – Birma kimi məşhurdur. Ölkə haqqında onu bilirdim ki, Myanma almaz hasilatına görə dünyada ilk yerlərdən birini tutur. Amma bura gələndə çox təəcübləndim. Ölkə çox kasıb idi. Buna baxmayaraq şəhərlər təmizdir, səliqəlidir, xeyli yaşıllıq və gözəl parklar var. Cinayətkarlıq demək olar ki, yoxdur, küçələrdə rahat gəzmək olar. Lakin mənə dedilər ki, ölkənin şərqi qapalıdır, turistləri ora buraxmırlar. Yerli sakinlərin də heç də hamısı ora gedə bilmir. Səbəbi mənim üçün gizli qaldı.
Telekommunikasiya baxımından da vəziyyət ağırdır. İnternet ancaq böyük şəhərlərdə var, bir dənə də bankomat tapa bilmədim – deyəsən bu ölkədə ümumiyyətlə, bankomat yoxdur. Mobil rabitə çox bahalıdır, SMS xidməti bağlıdır. Səbəb isə çox sadədir – vaxtı ilə SMS-lər yerli mobil operatora böyük ziyan vurub və bundan sonra dövlət vətəndaşlarını qısa ismarışlardan məhrum edərək telefonla danışmağa məcbur edib.
Ölkədə işsizliyin səviyyəsi çox yüksəkdir. İndiyə qədər bir çox insan torpaqda dədə-baba üsulu ilə texnikasız işləyir. Kənd təsərrüfatından əlavə sakinlər balıqçılıqla məşğuldur. Ən geniş yayılmış nəqliyyat vasitəsi at arabasıdır. Adamlar az qala daxmalarda yaşayır.
İri şəhərlərdə vəziyyət, əlbəttə ki, daha yaxşıdır. Amma tələbləri yüksək olan turistlər Myanmaya getməsə yaxşıdır.
Myanmada olduğum bir neçə gün ərzində mən Şvedaqonda oldum. Bu, dünyanın ən böyük buddist məbədidir. Divarlar, tavan qızıl, almaz və yüzlərlə digər qiymətli daşla bəzədilib. İngilislər yarı-zarafat, yarı-ciddi deyirlər ki, burada qızıl onların Milli Bankı ilə müqayisədə daha çoxdur. Nə qədər paradoksal olsa da, kasıb Myanmada minlərlə qızıl məbəd var.

Məhz bu ölkədə küçədə gəzərkən boynunda çoxlu halqa olan gənc qadın gördüm. Əvvəllər belə bir şeyi ancaq şəkillərdə görmüşdüm. Yerlilərin dediyinə görə, ölkədə yaşayan paduanq tayfasının çox qəribə, mənim fikrimcə isə, hətta vəhşi adəti var: onlar 5 yaşından başlayaraq qızların boynuna latundan düzəldilmiş halqalar taxır. Halqaların sayı ilbəil yavaş-yavaş artırılır və nəticədə qızların boyun hissəsi uzanır.
Ölkəyə gələnləri çaşdıran burada həftənin 8 gündən ibarət olmasıdır.
Tailand
Ağ fil diyarı
Tailand həmişə qayıtmaq istədiyin ölkədir. Turistlər üçün cənnət adlandırılan bu ölkə barədə çox eşitmişdim. Nə qədər qəribə olsa da, Tayland yaxşı istirahət həvəskarları arasında Vyetnam müharibəsindən sonra məhşurlaşdı. Müharibədən çıxan əsgərlər məhz burada dincəlirdi.
Mənim ölkə ilə tanışlığım isə “Mələklər şəhərində” – dünya paytaxtlarından biri olan Banqkokdan başladı. Arzu Dünyası – bu, mənim şəhərdə ilk getdiyim yer oldu. Bura çox gözəl və şən attraksionlar parkıdır. Hökmən Sübh Çağı məbədini, Kralın Böyük Qəsrini, Timsah fermasını, Safari dünyasını, Kiçik Siamı görmək lazımdır.

Taylar ağ fillərə çox hörmət edir. Onlar sülh və firavanlıq rəmzi sayılır. Camaat çox gülərüzdür. Amma onlarla ünsiyyət qurmaq çətindir: tay dilindən başqa heç bir dildə, demək olar ki, danışmırlar.
Tay mətbəxi cənub-şərqi Asiyada ən istiotlu mətbəxdir. Ona görə təamları seçərkən ehtiyatlı olmağı məsləhət görürəm. Mətbəxdə dəniz məhsulların xüsusi payı yüksəkdir.
Tailand, turistlərin olduğu yerlər istisna olmaqla, təmizliyi ilə seçilir. Banqkokun mərkəzində təmizlik zəif olsa da, həyat səviyyəsi çox yüksəkdir. Bir ümman təəssürat, butpərəst məbədli, qeyri-adi gecə həyatı, dünyanın ən yaxşı otelləri, əla xidmət, ekzotik meyvələr, dayverlər üçün cənnət, şopinq həvəskarları üçün ucuzluq – bunların hamısı Tailanddadır. Burada olarkən adama elə gəlir ki, bütün ölkəni gəzməyə və xeyli müsbət təəssürat toplamağa bir ömür belə kifayət etməz.

Mənbə: Milli.Az