Qadin.NET / Böyük Kəsik - Bakı istiqamətində hərəkət biryollu bərpa olunub

Böyük Kəsik - Bakı istiqamətində hərəkət biryollu bərpa olunub

 

Azərbaycanın dəmiryolu xəttində hərəkət biryollu bərpa olunub."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə bildiriblər ki, qurumun İnfrastruktur Departamentinin, "Dəmiryolservis" MMC-nin və "Fövqəladə Hallar Qatarı" MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23.30-da Böyük Kəsik - Bakı istiqamətində hərəkət biryollu bərpa edilib. Sərnişin və yük qatarlarının hərəkətində heç bir ləngimə qeydə alınmayıb.İkinci yolun bərpası istiqamətində işlər davam edir.Qeyd edək ki, yanvarın 29-da saat 12:15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxmış, 6 taxıl və 1 tikinti materialı vaqonu aşmış və yükü dağılmış, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılmışdı.

Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK