Samsung şirkəti öz eynək kompüterini hazırlayır. Bu haqda Koreya şirkətinin adsız yüksəkvəzifəli şəxslərinə istinad edən The Korea Times nəşri yazıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu Galaxy Glass adlanacaq. Samsung şirkəti Galaxy sözünü artıq öz mobil elektronikası üçün istifadə edir: şirkət tərəfindən buraxılan smartfon, planşet, pleyer və saatların adında bu söz istifadə edilir.Eynək simsiz şəbəkə vasitəsilə smartfona qoşulacaq. Ekran qismində olan miniatür şəffaf və ya yarımşəffaf linza Samsung Display şirkəti tərəfindən istehsal ediləcək.Sözügedən eynək 2014-cü ilin sentyabrında keçiriləcək IFA sərgisində təqdim ediləcək.
Mənbə:Milli.Az