İki məşhur alman tüneri Piecha Design və JMS şirkətlərinin birgə işi W212 banında “Mercedes-Benz E-Class”-ın restaylinqdən əvvəlki versiyası üçün yeni paketin yaradılması ilə başa çatdı.Milli.Az Auto.az-a istinadən bildirir ki, klassik sedana və ya praktiki universala daha çox idman üslubu və individuallıq vermək istəyənlər seriya avtomobilini “yüklənmiş” “E-Class GT-R” modelinə cevirəcək ban aksessuarları paketi və yeni təkərlər sifariş edə bilərlər.Tünerlər həmçinin mühərrikə və lyuks alman avtomobilinin asılqanına ünvanlanmış texniki tamamlama paketi də təklif etməyə hazırdırlar. “E63 AMG”-nin standart versiyasına quraşdırılan bamperlə eyni formada olan yeni qabaq bamper, yan ətəklər və arxa bamperin yeni ikiqabırğalı diffuzoru eksteryerə idman üslubu verir.Bundan başqa avtomobil qabaqda diodlu hərəkət işıqları, yanlarda dekorativ diodlu işıqlar və arxada qazçıxma sisteminin ikili dördbucaqlı qollarını əldə etdi. “Mercedes E-Class”-ı yeni “Piecha MP1, MP2-Le-Mans və ya MP3-Dynamics”-dən 19 düymlük disklər və mühərrikin EİB-na qoşulan Airmatic pnevmatik asılqanının modulu ilə təchiz etmək olar. Bu modul qabaq və arxa oxda istənilən hündürlüyü verməyə imkan verir.
Mənbə:Milli.Az