
The Wall Street Journal öz mənbələrinə istinadən yazıb ki, Apple şirkəti ödəmə xidmətini istifadəyə verməyə hazırlaşır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu xidmətin köməyi ilə istifadəçilər satın aldıqları məhsul və xidmətlərin haqqını birbaşa iOS cihazlarından ödəyə biləcəklər.Bu yeniliyin bazara çıxarılma tarixi haqqında hələ ki heç nə məlum deyil. Müxtəlif məlumatlara görə, sözügedən xidmət ilk dəfə iOS8 platformasında istifadəyə verilə bilər. Hazırda alma istehsalçısının laboratoriyalarında sınaqdan keçirilir.
Mənbə: Milli.Az