Nokia X smartfonu altı rəngdə istehsal ediləcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qeyri-rəsmi məlumatlara görə, qurğu Snapdragon ikinüvəli prosessoru, 4 düymlük WVGA təsvir ölçülü ekran, 512 MB əməli yaddaş, 4 QB daxili yaddaş, 5 meqapiksellik kamera və 1500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.Nokia X smartfonunun iki SİM kart dəstəkləyəcəyi iddia edilir.Phone Arena saytı yazır ki, Nokia şirkətinin bu smartfonu fevralda keçiriləcək MWC sərgisində və ya martda təqdim edəcəyi gözlənilir.
Mənbə: Milli.Az