Qadin.NET / Azərbaycana yeni radarlar gətirilir

Azərbaycana yeni radarlar gətirilir

 

"Kelvin Hughes" şirkəti Azərbaycanda dənizdə yerləşən obyektlərin mühafizəsi üçün "11 SharpEye™" radarını tədarük edəcək. Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, qərargahı Norveçdə yerləşən "VisSim" Dəniz Aktivlərinin Mühafizəsi və Müşahidə Sisteminin tərkibi kimi, "Kelvin Hughes" Xəzər dənizində hasilat platformaları üçün 10 ədəd "SBS-800-1" antenası (3.7 metr) və "1 800-2" RLS tədarük edəcək. Radarlar Xəzər dənizindəki hasilat platformalarında və sahil ərazilərdə quraşdırılacaq. "Kelvin Hughes" tərəfindən hazırlanan fiber-optik xətlə mərkəzə bağlanan "SharpEye™" radarları təkmilləşmiş ekrana, sürətli və daha çox məlumat ötürmə imkanına malikdir. Məlumatda qeyd olunur ki, radarların çatdırılması, quraşdırılması və testləri 2014-cü ilin avqust ayınadək başa çatacaq. "Kelvin Hughes" şirkətinin satış və marketinq direktoru Spayk Hyuz "SharpEye™" radarlarının Azərbaycanın dənizdə yerləşən obyektlərinin mühafizəsində ehtiyacı olan hər şeyi təmin edəcəyinə əmin olduğunu bildirib.

 

Mənbə:Milli.Az

29 yanvar 2014
GO BACK