Qadin.NET / Böyük ekranlar ABŞ-da buraxılacaq

Böyük ekranlar ABŞ-da buraxılacaq

 

Apple və digər İT şirkətləri üçün elektronikanın yığılması ilə məşğul olan Hon Hai Precision Industry şirkəti (əmtəə nişanı Foxconn) ABŞ-da ölçüsü 60 düymdən başlayan böyük ekranların istehsalı üzrə zavodun açılması imkanlarını tədqiq edir. Şirkətin baş direktoru Terri Qou jurnalistlərlə görüşdə bildirib ki, bu qərar böyük maye-kristal displeylərin Asiyadan Şimali Amerikaya ixracının çətin olması ilə əlaqədardır.Milli.Az ICTnews-a istinadən bildirir ki, avtomatlaşdırma, proqram təminatı və texnoloji innovasiyalar yaxın illərdə bizim ABŞ bazarında əsas istiqamətlərimiz olacaq, - T.Qou qeyd edib. Sony, Nokia, Samsung, Microsoft və digər şirkətlər üçün məhsul yığan Hon Hai Precision Industry biznesi şaxələndirməyə çalışır və yeni gəlir mənbələri axtarır. Buna səbəb isə şirkətin müqaviləli istehsaldan əldə olunan gəlirinin zəifləməsidir.Hon Hai Precision Industry həmçinin Mozilla şirkəti ilə Firefox OS mobil əməliyyat sisteminin hazırlanmasında fəal əməkdaşlıq edir, pərakəndə satışa və öz brendi ilə qulaqcıq, klaviatura və digər məhsulların istehsalına maraq göstərir. Şirkətin baş direktoru onu da vurğulayıb ki, Hon Hai Precision Industry BMW və Audi kimi nəhəng avtomobil istehsalçıları ilə böyük layihələr hazırlayır. Bu layihələrin displeylərlə bağlı olması ehtimal edilir. Şirkət artıq Tesla Motor elektrokarı üçün panellərin buraxılışı ilə məşğul olur.Hon Hai Precision Industry ekran biznesinə 2012-ci ildə Sharp şirkətinin ən qabaqcıl texnologiyalar üzrə böyükölçülü maye-kristal displeylərin istehsalında ixtisaslaşan fabrikinin səhmlərinin 50 faizini satın aldıqdan sonra daxil olub. Şirkət rəhbərli bəyan edib ki, Sharp ilə əməkdaşlıq sayəsində 3-5 il ərzində onlar Samsung şirkətini üstələyə biləcəklər.
Mənbə: Milli.Az
 
29 yanvar 2014
GO BACK