Alman şirkəti 2015 model ilinə aid olan Volkswagen Polo restaylinq versiyasını rəsmən təqdim etdi. Avtomobilin ictimai debütü Cenevrə avtosalonunda olacaq, amma artıq indidən bu avtomobil haqqında bir çox təfərrüatlar açıqlanıb.Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil yeni işıq diod faraları, həmçinin 15, 16 və 17 düymlük yüngül lehimli disklərdən ibarət seçim əldə edib. Salonda materialların keyfiyyəti yaxşılaşıb, klimat-kontrolun interfeysi yenidən işlənib, ən yeni naviqasiya sistemi və radio peyda olub. 2015 Volkswagen Polo -da mümkün seçimlərdən, həmçinin elektron nizamlanan amortizatorları, adaptiv kruiz-kontrolu, şəhərdə fövqəladə tormozlanma sistemini və elektromexaniki sükan idarə etməsini qeyd etməyə dəyər.2015 Volkswagen Polo mühərrik sırası yeddi güc variantında üç aqreqat təklif edəcək. Opsiyada ikiqat birləşməylə ötürücü qutular əlçatandır. Qiymətlərin necə dəyişəcəyi hələlik bildirilmir.
Mənbə: Milli.Az