Google şirkəti Glass adlanan smart eynəyi üçün çərçivə buraxıb. Bu haqda şirkətin Google+ sosial şəbəkəsindəki Glass səhifəsində yazılıb. Çərçivələr görmə qüsurlu insanların da qurğudan istifadəsinə icazə verəcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, dörd müxtəlif variantda təqdim edilmiş çərçivələrin hamısı titan materialından hazırlanıb və universaldır, yəni həm kişi, həm də qadınlar üçün nəzərdə tutulub. Çərçivələrin dizaynını İzabel Olsson hazırlayıb.Çərçivələrin qiyməti 225 dollardır.Glass smart eynəyi kamera və miniatür ekranla təchiz edilib. Smartfondan xəbərdarlıq ekrana çıxarılır. Sözügedən eynək hələ ki açıq satışa çıxarılmayıb.
Mənbə: Milli.Az