Qadin.NET / Dünya çempionatının püşkatmasının vaxtı bəlli oldu

Dünya çempionatının püşkatmasının vaxtı bəlli oldu

 

Qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin püşkatmasının vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, İtaliyada start götürəcək mundialın iştirakçıları rəqiblərinin adlarını martın 10-da öyrənəcəklər. Azərbaycan millisinin də qatılacağı dünya çempionatının püşkatması məhz Apennin yarımadasında atılacaq. Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-dək davam edəcək yarışda 24 komanda gücünü yoxlayacaq. İştirakçı ölkələrin tam siyahısı isə iyulda bilinəcək. 
Mənbə: Milli.Az
29 yanvar 2014
GO BACK