Qadin.NET / Balotelli: "Messi və Ronaldu da..."

Balotelli: "Messi və Ronaldu da..."

 

"Milan" klubunun hücumçusu Mario Balotelli maraqlı açıqlamaları ilə diqqət çəkib.Qol.az-ın məlumatına görə, "Goal.com"a danışan italiyalı futbolçu əsas məqsədinin "Qızıl top" deyil, komandası ilə uğur qazanmaq olduğunu bildirib: "Əlbəttə, "Qızıl top"u qazanmaq hər bir futbolçunun arzusudur. Ancaq bu, mənim üçün vacib deyil. Mən daha çox özüm yox, komandam haqda düşünürəm. Bir oyunda mən yox, komanda qalib gəlir. Həmçinin məğlubiyyət də kollektivin adına yazılır. Ona görə də əsas məqsədim komandamla uğur qazanmaqdır. Məncə, Messi və Ronaldu da belə edirlər".
Mənbə: Milli.Az
29 yanvar 2014
GO BACK