Məlumata görə, iş sürətlə həyata keçirilir və dənizin qurudulmuş hissəsində tikinti işlərinə start verilib. 450 min kvadrat metr sahəsi olan layihədə bir neçə çoxmərtəbəli bina yer alır.Milli.Az publika.az-a istinadən xəbər verir ki, Xəzərin sahilində süni ada üzərində inşa olunan mərkəzdə dünya səviyyəli biznes mərkəzi, 33 mərtəbəli otel, restoranlar olacaq.Layihənin icrasına 2012-ci ildə başlanılıb. 2016-cı ildə möhtəşəm mərkəzin təhvil veriləcəyi bildirilir.
Mənbə: Milli.Az