Qadin.NET / Bu da Samsung-un yeni smartfonu

Bu da Samsung-un yeni smartfonu

 

Samsung şirkəti Galaxy Grand Neo smartfonunu buraxıb. Model artıq Avropa ölkələrinin mağazalarında 260 avroya satılır.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 5 düymlük 480×800 piksel təsvir ölçülü ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 16 QB daxili yaddaş, microSD slotu, 5 meqapiksel təsvir ölçülü kamera, 2100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Galaxy Grand Neo smartfonunun avtonom iş vaxtı danışıq rejimində 11 saat, gözləmə rejimində isə 18 saat təşkil edir.Smartfonun ölçüləri 144×77×9,6 millimetr, çəkisi isə 163 qram təşkil edir. Aparat Android mobil əməliyyat sisteminin 4.2 versiyası ilə işləyir.
Mənbə:Milli.Az
 
29 yanvar 2014
GO BACK