
Alman şirkəti TechArt Porsche 911 Turbo versiyası üçün yeni tüninq proqramı hazırlayıb. İctimai premyerası Cenevrə avtosalonunda olacaq sportkar tüninqdən sonra aktiv qabaq spoylerin, agrodinamik yan ətəklərin və bərkidilmiş arxa qanadların daxil olduğu karbon asma əldə edib.Milli.Az 4charx.com-a istinadən bildirir ki, TechArt mütəxəssisləri avtomobili damın spoyleri, arxa diffuzor və yüngül lehimli disklərlə təchiz ediblər. Həmçinin təkrar gözdən keçirilmiş Porsche 911 Turbo asqısı və paslanmayan poladdan yeni idman qaz xaricetmə sistemini qeyd etməyə dəyər.Sportkara salonu yüksək keyfiyyətli dəri ilə işlənib. Bundan başqa atelyenin müştəriləri salonun karbonla işləməsini də sifariş edə bilərlər.
Mənbə: Milli.Az