Qadin.NET / Açar əvəzinə smartfon

Açar əvəzinə smartfon

 

Starwood Hotels & Resorts Worldwide mehmanxanalar şəbəkəsi bu il yaz fəslinin başlanğıcınadək öz mehmanxana nömrələrini ağıllı qıfıllarla təchiz etməyə hazırlaşır. Qeydiyyat prosedurunu asanlaşdırmaq üçün belə sistemin tətbiqi planlaşdırılır. Artıq internet üzərindən mehmanxanada yaşamaq haqqını ödəmiş insanlar qeydiyyat masasına getmədən dərhal öz nömrəsinə qalxa və onu aça biləcəklər.Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron açar xüsusi tətbiqdə olacaq. Kirayənişin qapının yanında olduqda o, Bluetooth simsiz rabitəsi vasitəsilə açılacaq. Sözügedən tətbiq iPhone 4S və yeni, həmçinin 4.3 versiyası ilə işləyən Android-smartfonlarla uyğundur. İlk öncə belə təcrübə Manhetten və Silikon Vadisində Aloft Hoteldə tətbiq ediləcək. Bundan sonra başqa mehmanxanalar da bu sistemi tətbiq edə bilərlər.Starwood mehmanxanalar şəbəkəsi rəhbərləri hesab edirlər ki, açarların smartfonlarla əvəzlənməsi ödənişsiz Wi-Fiın yaranması anından ən böyük texnoloji dəyişiklik olacaq.
Mənbə: Milli.Az
29 yanvar 2014
GO BACK