Azərbaycanda müsbət sığorta halları tarixçəsinə malik olan avtonəqliyyat sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) polisləri üzrə endirimlərdən istifadə edə biləcəklər.Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İcbari sığorta Bürosunun yaydığı məlumatda deyilir.Məlumata görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən sığortalıların Bonus-Malus sinfi yenilənib. Belə ki, 2014-cü ildə sığorta müqaviləsini yeniləyən 106 580 sığortalıya sığorta haqqının 10%-i qədər, 192 352 sığortalıya sığorta haqqının 5%-i qədər güzəşt əmsalı tətbiq ediləcək. Son 2 ildə üç və ya daha çox sığorta hadisəsi törədən 22 sığortalıya cari ildə sığorta müqaviləsinin yenilənməsi zamanı sığorta haqqının 3 misli qədər Malus əmsalı tətbiq ediləcək.
Mənbə: Milli.Az