Qadin.NET / İran və Türkiyə 4 memorandum imzaladılar

İran və Türkiyə 4 memorandum imzaladılar

 

Trend-in çərşənbə günü IRINN televiziyasına istinadən verdiyi məlumata əsasən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və
İranın birinci vitse-prezidenti İshaq Cahangiri anlaşma və Yüksək Əməkdaşlıq Şurasının yaradılması haqqında memorandum imzalayıblar.

Görüşün kuluarlarında da digər memorandumlar imzalanıb.
İ.Cahangiri Türkiyənin baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, iki ölkə arasına münasibətlər inkişaf edir: "Ölkələrimiz 2015-ci ildə ticarət dövriyyəsinin həcmini 30 milyard dollaradək artırmaq niyyətindədir. İki ölkə iqtisadi əməkdaşlıq məsələləri üzrə konstruktiv razılaşmalar əldə ediblər. Ümid edirəm ki, tez bir zamanda İran qazının Türkiyəyə ixracı haqqında razılaşma əldə olunacaq".
Preferensial ticarət üzrə anlaşma memorandumunu İranın sənaye naziri Məhəmməd Rza Nemətzadə və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi imzalayıblar.
Nazirlər, həmçinin iki ölkə arasında müştərək ticarət komissiyasının yaradılması haqqında sənəd imzalayıblar.
İranın IRNA rəsmi informasiya agentliyi və Türkiyənin "Anadolu" dövlət informasiya agentliyi arasında əməkdaşlıq memorandumu da imzalanıb.
Qeyd edək ki, R.T.Ərdoğanın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti yanvarın 28-dən İranda səfərdədir. Baş nazirin İran prezidenti Həsən Ruhani və ali dini lider Əli Xamneyi ilə görəşəcəyi gözlənilir.
Mənbə: Milli.Az

 

29 yanvar 2014
GO BACK