“Hazırda əfqan qüvvələri öz ölkəsinin təhlükəsizliyində aparıcı rol oynamağa başlayır. Buna görə də, bizim ordu hissələrimiz üzərinə köməkçi rol götürür. Öz müttəfiqlərimizlə birlikdə biz öz missiyamızı bu ilin sonuna kimi başa çatdıracayıq. Amerikanın iştirak etdiyi ən uzunmüddətli müharibə, nəhayət, bitəcək”, - ABŞ administrasiyasının başçısı bildirib.
B.Obama əlavə edib ki, Amerika Əfqanıstan dövlətini dəstəkləyir: “2014-cü ildən biz özü özünün gələcəyinə görə məsuliyyət daşıyacaq vahid Əfqanıstan dövlətini dəstəkləyəcəyik. Əgər əfqan höküməti bizimlə razılaşdırılmış təhlükəsizlik haqqında müqaviləni bağlasa, onda bizim ordumuzun kiçik bir hissəsi NATO üzrə müttəfiqlərlə iki tapşırığı həyata keçirmək üçün Əfqanıstanda qalacaq".
Obama onu da vurğulayıb ki, ABŞ və Əfqanıstan arasında münasibətlər tədricən dəyişəcək. Amma bir şey dəyişməz olaraq qalacaq.
Mənbə: Milli.Az