Qadin.NET / Şumaxerdən xəbər var

Şumaxerdən xəbər var

 

Fransanın Qrenobl xəstəxanasının həkimləri "Formula-1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxeri bir aydan bəri süni koma vəziyyətindən tədricən çıxarırlar. Trend-in məlumatına görə, bu barədə "L'Équipe" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.
Qeyd edilir ki, Şumaxer bu həftə başlayan komadan çıxardılma prosesinə yaxşı reaksiya verir.
Onun sağlamlığı haqqında son rəsmi bəyanatlar yanvarın ortasında verilib. Qeyd edilirdi ki, Şumaxerin vəziyyəti stabil, amma əvvəlki kimi kritik olaraq qalır.
Yeddiqat çempionun dəbilqəsindəki kamera onun yıxılması zamanı işləyib və əldə olunan təsvirlərdən hadisənin araşdırılması üçün istifadə etmək olar.
Yanvarın ortalarında məlum olub ki, Şumaxerin işi üzrə araşdırma daha iki həftə davam edəcək. Bu müddətdən sonra müstəntiqlər mətbuat konfransında nəticələri təqdim edəcəklər.
Qeyd edək ki, Şumaxerin xizəkləri və dəbilqəsi Fransanın Şamoni şəhərindəki Milli dağ xizək idmanı və alpinizm məktəbinə ekspertizaya göndərilib. Artıq Meribeldəki dağ-xizək trassının bütün zəruri tələblərə cavab vediyi məlumdur.
Mənbə: Milli.Az

 

29 yanvar 2014
GO BACK