Təbrizin “Traktorsazi” futbol komandasının baş məşqçisi dəyişib.APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi Toni (Antonio Jose Konseçao Oliveyra) ilə hər məsələdə razılığa gəlib. Beləliklə portuqaliyalı məşqçi yenidən Təbriz komandasının sükanı arxasına keçib.T. Oliveyranın yanvarın 31-də İranın futbol üzrə ölkə çempionatının 25-ci həftəsi çərçivəsində Gilanın “Damaş” və ölkə kubokunda Xuzistanın “Fulad” klubları ilə keçiriləcək oyunlarda komandanın başında olmasına çalışılır.
Qeyd edək ki, bir müddət əvvəl komandadan uzaqlaşdırılan Məcid Cəlaliyenidən “Traktorsazi”nin başına gətirilsə də, azarkeşlər bununla razılaşmayaraq, Təbriz klubunu portuqaliyalı mütəxəssisin çalışdırmasını istəyiblər. Bu hadisə isə onlarla azarkeşin həbsi ilə nəticələnib.
Mənbə: Milli.Az