Qadin.NET / "Borussiya Dotmund"un futbolçusu "Cim Bom"a keçir

"Borussiya Dotmund"un futbolçusu "Cim Bom"a keçir

 

Dortmund “Borussiya”sının gənc futbolçusu Koray Günter karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” 19 yaşlı müdafiəçini heyətinə qatıb. İstanbul təmsilçisi bu keçid üçün dortmundlulara 1 milyon avro ödəyəcək.Qeyd edək ki, Almaniya millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Günter 2008-ci ildən “Borussiya”dadır. O, cari mövsümdən əsas komandaya daxil edilib.
Mənbə: Milli.Az

 

29 yanvar 2014
GO BACK