Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı qeyd olunan mövzu ilə bağlı xanəndə Mənsum İbrahimovun fikirlərini öyrənib.
"Əgər qarşılıqlı etimad və hörmət yoxdursa, lap 10 dənə müqavilə imzala, heç bir xeyri olmayacaq. Ailə quran insanların müqaviləsi birinci ürəklərində bağlanır, sonra kağız üzərinə köçürülür. Başa düşürəm ki, biz Avropaya inteqrasiya olunuruq, ancaq mən belə avropalaşmağa qarşıyam. Bu ailənin ilk günlərində etimadsızlıq yaradır. Ola bilsin ki, ailə dağılanda müqavilə nəyəsə yardım edir. Ancaq bu yardım ailəyə yox, ayrı-ayrı insanlara olur. O müqavilə qəlbi qırılmış və gözü yaşlı uşaqlara yardım edə bilməz. Onlar üçün valideyinlərini birlikdə görmək daha vacibdir", - M.İbrahimov deyib.
Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular?
Mənbə: Milli.Az