Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən yanvarın 29-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 29 yanvar 2014
Hicri: 28 rəbiul-əvvəl 1435
İlin 29-cu günü
İlin sonuna 336 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.41
Günəş - 07.53
Zöhr - 12.57
Əsr - 15.55
Məğrib - 18.08
İşa - 19.27
1547 — Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib.
1616 — Holland dənizçiləri Sxauten və Lemer Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Qorn burnunu kəşf ediblər.
1821 — Rus dənizçiləri Antarktidaya gəliblər.
1833 — Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib.
1886 — Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini təqdim edib.
1896 — Amerikalı fizik Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib.
1925 — Azərbaycanlı futbol hakimi Tofiq Bəhramov anadan olub.
1927 — Azərbaycanlı balerina Leyla Vəkilova anadan olub.
1931 — Türkiyədə “Menemen hadisələri”ndə təqsirləndirilən 31 nəfər barədə ölüm hökmü çıxarılıb.
1932 — İlk yük avtomobili “QAZ AA” (“polutorka” da adlanırdı) Qorki Avtomobil Zavodunun konveyerindən çıxıb.
1949 — Böyük Britaniya İsraili de-fakto tanıyıb.
1956 — Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub.
1978 — İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub.
2001 — Fransa parlamenti uydurma “erməni soyqırımını” tanıyıb.
2002 — Corc Buş İran, İraq və Şimali Koreyanı “şər üçbucağı” adlandırıb.
2007 — Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Mehriban Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə” mükafatına layiq görülüb.
Mənbə: Milli.Az

 

29 yanvar 2014
GO BACK