Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2013-cü il üçün planetin 125 ən yaxşı liqasını müəyyənləşdirib.
Azərbaycan çempionatı bu siyahıda 43-cü pillədə qərarlaşıb. Klublarımızın 370,50 xal toplaması Topaz Premyer Liqasının fantastik sıçrayışına səbəb olub. 2012-ci ilin yekunlarına əsasən 84-cü olan liqamız 41 pillə irəliləməyə müvəffəq olub. Topaz Premyer Liqası ABŞ çempionatı (MLS), Belarus, İsveç, Slovakiya, Sloveniya birinciliklərini arxada qoyub.
Qeyd edək ki, siyahıya İspaniya (1155,00) başçılıq edir. İngiltərə (1128,00) ikinci yerdə qərarlaşdığı halda, Almaniya (1056,00) çempionatı ilk "üçlüyü" qapayır.
Mənbə: Milli.Az