İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Çelgerd şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 03:17-də qeydə alınıb.Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, ötən axşam İranın Xorasane Rəzəvi əyalətinin Hematabad şəhəri yaxınlığında da Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş vermişdi.
Mənbə: Milli.Az