Qadin.NET / Hollandiyada "Məmməd Məmmədov" parkı

Hollandiyada "Məmməd Məmmədov" parkı

 

Sosial şəbəkə saytı facebook-da Hollandiyada azərbaycanlı Məmməd Məmmədovun adına park olduğunu əks etdirən foto şəkil yayılıb. Milli.Az Anspress-ə istinadən bildirir ki, şəkil barədə məlumatda Zaqataladan olan Məmmədin I Dünya müharibəsi vaxtı Hollandiyada partizanlara qoşulduğu, daha sonra isə bu ölkədə məskunlaşaraq yaşadığı bildirilib. Məlumata görə, 1923-cü ildə Zaqatalada anadan olmuş Məmməd Məmmədov 1941-ci ildə müharibəyə gedir.1943-cü ildə əsir düşdükdən sonra almanlar onu Hollandiyaya, Ostervyaka şəhərindəki düşərgəyə göndərirlər. Amma tezliklə Məmməd əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onların arasında "Medo" ləqəbini alır. Müharibədən sonra hollandiyalı Mariya Sebreqtlə ailə quran Məmməd elə Ostervyakda qalır. Bu park isə həmin şəhərdə igid Məmməd Məmmədovun şərəfinə salınıb.

Mənbə: Milli.Az

 

29 yanvar 2014
GO BACK