Qadin.NET / Bakıda həkimlər evlərə niyə getmirlər?

Bakıda həkimlər evlərə niyə getmirlər?

 

Bakıda valideynlər uşaq poliklinikasından narazılıq edir. Oxucular Milli.Az-a yazır ki, Sahil qəsəbəsindəki 23 saylı poliklinikanın sahə həkimləri uşaqların evini tanımırlar. Ona görə də qızdırmalı uşağı poliklinikaya gətirdirlər.

Sahil qəsəbəsi 23 nömrəli Birləşmiş Şəhər Xəstəxananın Uşaq Poliklinikasının müdiri Ceyhun Yusifov Milli.Az-a açıqlamasında bildirdi ki, belə bir halın olması mümkün deyil. Əgər belə bir şikayəti olan varsa, poliklinikaya gəlib problemini desin.C.Yusifov qeyd etdi ki, sahə həkimləri hər uşaq doğulandan sonra 2 aylığına qədər evində müayinə edir. Bundan sonra isə poliklinikaya çağırılaraq peyvənd edilir. Əgər uşaq xəstədirsə, səhhətində problem yaranıbsa, polklinikadan həkimi evə çağıra bilər.

Mənbə: Milli.Az

29 yanvar 2014
GO BACK