Qadin.NET / Superlüks Lexus LX 570

Superlüks Lexus LX 570

 

Amerikanın Hennessey sazlama şirkəti Lexus LX 570 satışsonrası tüninqinə öz son tamamlama dəstini təqdim edib. Hennessey HPE500 tüninq-kiti 2010-dan 2014-cü ilə qədər V8 mühərrikiylə buraxılmış bütün modellər üçün yarayır.Milli.Az 4charx.com-a istinadən bildirir ki, HPE500 dəstinə TVS sıxıcı komprossoru, yüksək axınlı hava filtri, yüksək məhsuldar yanacaq injektorları və mühərrikin HPE elektron idarəetmə bloku üçün proqram təminatı daxildir.
Hennessey kökləmə dəsti ilə təchiz edilmiş Lexus LX 570 500 a.g. və 719 Nm maksimal fırlanma anı hasil edir. Məhsuldarlığın artması nəticəsində, Lexus LX 570 6,6 saniyə ərzində 0-dan 100 km/saata qədər sürətini artırmağa qabildir və bu zavod komplektasiyasının göstəricisindən 1 saniyə daha sürətlidir.
Bundan başqa Hennessey Lexus LX 570 üçün təkər diskləri, premium-klas şinlər və həmçinin yenilənmiş asqı təklif edir.
Mənbə: Milli.Az
28 yanvar 2014
GO BACK