IDC analitikləri hesab edirlər ki, 2014-cü ildə ağıllı şəhər layihələri üzrə tədqiqat və ilkin qiymətləndirmə mərhələsindən pilot layihələri və təşkilat strukturlarına sərmayə yatırılması mərhələsinə keçid sürətlənəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, yanvarın 23-də IDC Government Insights bölməsi ağıllı şəhər sistemlərinin inkişafına həsr edilmiş veb-konfrans keçirib. Analitiklər bu il üçün 10 proqnoz formalaşdırıblar.
2014-cü ildə dünya şəhərlərinin 15%-i ağıllı şəhər layihələrinin ikinci mərhələsinə qədəm qoyacaq. Bu mərhələdə şəhər təsərrüfatı departamentlərinin ağıllı şəhər hazırlanması sahəsində fəal əməkdaşlığı başlanır. Ümumi dil yaranır, mümkün maneələr müəyyən edilir, maraqlı şəxslər isə formalaşdırılan strategiya üzrə hərəkət etməyə başlayırlar.
Departamentlər səviyyəsində innovasiyalar üçün əsas mənbələrdən biri kölgəli İT olacaq. Lakin ağıllı şəhər layihələrinin həyata keçirilməsi ona görə ləngiyə bilər.
Mobil texnologiyalar vətəndaşların şəhər sistemlərinə çoxkanallı çıxış təminatı üçün əsas vasitə olacaq.
Qərarların qəbulu zamanı açıq məlumat bazaları və proqram interfeysləri mühüm amil olacaq.
Əşyaların İnterneti texnologiyasına sərmayə yatırımı 265 milyon dollara çatacaq. Ağıllı şəhər layihələri üçün ayrılmış xərclərin 15-20%-i bulud sistemlərinə keçiriləcək.
Böyük həcmli məlumatların təhlili 45% hallarda maliyyə, ictimai təhlükəsizlik və nəqliyyat sektoruna tətbiq ediləcək.
Bazarda rəqabət artacaq və buna görə də şirkətlərin birləşməsini və onların birgə fəaliyyətini gözləmək lazımdır.
Mənbə: Milli.Az