Apple şirkətindən bildirilib ki, yeni il qabağı iPhone və iPad məhsullarının satış həcmi yeni rekord qırıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət tərəfindən elan edilmiş statistik göstəricilərə əsasən, 2013-cü ilin son rübündə Apple 51 milyon iPhone smartfonu satıb.Analitiklər isə bu göstəricini 54.7 milyon səviyyəsində proqnozlaşdırmışdılar. İnvestorlar bu faktı mənfi qəbul ediblər və rüblük məlumatların dərcindən sonra şirkətin səhmlərinin qiyməti 9,9% azalaraq 550,50 dollar təşkil edib.Analitiklərin müşahidələri göstərir ki, istifadəçilər yeni il qabağı həvəslə yeni iPhone modellərini satın alıblar. Bununla belə, bütün ekspertlər bu fikirlə həmrəydirlər, iPhone istehsalçısı üçün bazarda rəqabət getdikcə çətinləşir. Çünki mövcud bazarda bütün qiymət kateqoriyalarında smartfonlar mövcuddur. Məsələn, Samsung şirkəti bahalı qiymətə bir sıra yeni modellər təqdim etdiyi halda, Çinin Lenovo və ZTE şirkətləri daha ucuz modellər istehsal edir.Dördüncü rübdə şirkətin mənfəəti 13,1 milyard dollar və ya 1 səhm üçün 14,50 dollar təşkil edib ki, bu da şirkətin bir il əvvəlki göstəricisinə uyğundur. Bununla yanaşı, şirkətin satış həcmi isə 5,7% artaraq 57,6 milyard dollar təşkil edib.İnvestorların fikrincə, yeni nəticələr ondan xəbər verir ki, Apple artıq Apple TV smart televizorları və ya iWatch smart saatları kimi yeni məhsullara üstünlük verməlidir.Strategy Analytics analitik şirkətindən bildirilib ki, iPhone smartfonlarının satış həcminin artması artıq smartfon bazarının artım sürətinə uyğun deyil.Belə ki, bir ildə iPhone qurğularının satış həcmi 13%, halbuki smartfon bazarının həcmi 41% artıb.Bir ildə Apple şirkətinin bazar payı 19-dan 15%-dək azalıb, bunun əksinə olaraq, Samsung şirkətinin bu göstəricisi heç dəyişməyib və 32% olub.Bütün bunlara baxmayaraq, Çində dünyanın ən böyük operatoru China Mobile şəbəkəsində iPhone-un satışlarına start verilməsi fonunda cari rübdə artım gözlənilir.
Mənbə: Milli.Az