Qadin.NET / "Real Madrid"in 100 milyonluq futbolçusu yenə zədələndi

"Real Madrid"in 100 milyonluq futbolçusu yenə zədələndi

 

"Real"ın futbolçusu Qaret Beyl yenidən zədələnib.Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti uelsli yarımmüdafiəçinin sol ayağında problem olduğunu deyib. Məhz bu səbəbdən o, İspaniya Kral kubokunda "Espanyol"la cavab qarşılaşmasının heyətinə daxil edilməyib.Qeyd edək ki, ötən ilin oktyabr ayında Madrid klubuna transfer olan Beyl indiyə kimi matçların 53 faizində iştirak edib. O, yalnız 9 qarşılaşmada əsas heyətdə oynayıb.
Mənbə: Milli.Az
28 yanvar 2014
GO BACK