Digitimes Research analitik şirkətinin ekspertlərinin proqnozuna görə, 2014-cü ilin birinci rübündə qlobal bazara ümumilikdə 62,1 milyondan çox planşet tədarük ediləcək ki, bu da ötən ilin son rübü ilə müqayisədə 20,8% aşağıdır. Eyni zamanda proqnoza əsasən, illik hesablama üzrə dinamika müsbət olacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, cari rüb ümumi tədarük həcminin 29%-i iPad planşetinin payına düşəcək.Əməliyyat sistemləri (ƏS) nöqteyi-nəzərindən Android mobil ƏS-i ilə işləyən modellər üçün lider olaraq qalacaq: onların payı 50,5% təşkil edəcək. İkinci yerdə iOS platforması ilə işləyən qurğular (44.1%) qərarlaşıb. Windows ilə işləyən planşetlərin bazar payı 5,4% səviyyəsində gözlənilir.Form-faktorlar üzrə 7 və 7.9 düym diaqonallı ekranla təchiz edilmiş modellər üstünlük təşkil edir. Digitimes Researchin proqnozuna görə onların payı müvafiq olaraq 24,8% və 20,2% təşkil edəcək.Brend şirkətlər arasında qüvvələr nisbəti aşağıdakı kimi olacaq: Apple (29%), Samsung Electronics (23,1%), Lenovo (4,7%), Asustek Computer (2,7%), Amazon (1%), Acer (1%), Microsoft (0,9%), Dell (0,8%) ,Google (0,5%) və Hewlett-Packard (0,5%).Həmçinin bildirilib ki, firma planşetlərinin 55,1%-i və ya 22,5 milyon ədədi Tayvanın ODM/OEM şirkətləri tərəfindən buraxılacaq.
Mənbə: Milli.Az